Metro istifadəçilərinin nəzərinə!

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metronun "Elmlər Akademiyası" stansiyasının birinci vestibülünün təmiri ilə bağlı hazırlıq işlərinə başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Qurum rəsmisi bildirib ki, bu gün gecə saatlarından vestibüldə təmir işlərinə başlanacaq: "Bununla bağlı hazırda stansiyanın təmir aparılacaq vestibülündə təhlükəsizlik tədbirlərinə başlanıb, ərazidə təhlükəsizlik hasarları çəkilib. Gecə saat 12-də vestibül tam bağlanacaq və sabahdan etibarən təmir işlərinə başlanacaq. Vestübülün bağlanmasına səbəb oradakı 3 eskalatorun istismar müddətini başa vurmasıdır. Buna görə də həmin vestibüldəki hər 3 eskalator söküləcək və yeni, müasir eskalatorlarla əvəzlənəcək. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir ediləcək. Təmir işlərinin təxminən 6 ay çəkəcəyi gözlənilir".
N.Paşayev bildirib ki, təmir müddətində sərnişinlər stansiyanın ikinci vestibülündən, yəni ikinci çıxışından giriş-çıxış kimi istifadə edəcəklər.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












