Metro istifadəçilərinin nəzərinə

"Neftçilər" stansiyasının vestibüllərində təmir işlərinə başlanılıb. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, yenilənmə tədbirlərinin iki ay ərzində başa çatdırılması nəzərdə tutulub. 1972-ci ildə istismara verilmiş stansiyanın hər iki vestibülündə döşəmə və divar örtüyü uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb. Yenilənmə tədbirləri çərçivəsində vestibüllərdə elektrik və rabitə xətləri də dəyişdiriləcək, sanitar qovşaqlarda təmir-bərpa işləri yerinə yetiriləcək. Sərnişinlərin hərəkətini məhdudlaşdırmamaq məqsədilə təmir mərhələli şəkildə aparılacaq. Müvafiq iş şəraitini yaratmaq, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənəcək. Yeniləşmə tədbirlərinin iki ay ərzində başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, 2016-cı ildə stansiyanın keçidləri təmir edilərək, döşəmə və divar örtüyü yenilənib, keçid divarlarında stansiyanın adına uyğun mozaik pannolar vurulub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












