Metro kartları daha istifadə edilməyəcək - VACİB AÇIQLAMA

Bakıda metroda ödəniş sisteminin yenilənməsi ictimai maraq doğurub. Artıq “BakıKart”la yanaşı, bank kartları, eləcə də Google Pay və Apple Pay kimi ödəniş vasitələri ilə də keçid mümkün olacaq. Bu dəyişiklik bəzilərində “metro kartları dövriyyədən çıxırmı?” sualını gündəmə gətirib.
Bəs bu, sadəcə modernləşmə dalğasının bir hissəsidir, yoxsa mövcud sistem tədricən ləğv olunur? Daha vacibi, texniki nasazlıq halında məsuliyyəti kim daşıyacaq – metro, yoxsa bank?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu proses metro kartlarının dövriyyədən çıxarılması deyil, sadəcə sistemin modernləşdirilməsi və rahatlığın artırılması məqsədi daşıyır:

“Metro ödəniş sisteminə əlavə bir yenilik gətirir. Burada yalnız üstünlüklərdən danışmaq olar. İstənilən sərnişin özünə uyğun olan ödəniş üsulundan istifadə edə biləcək. Bu, seçim imkanlarını genişləndirir.”
Ekspertin sözlərinə görə, texniki nasazlıq halları baş verərsə, məsələ operativ şəkildə həll olunacaq:
“Hər hansı problem yaranarsa, onu tez bir zamanda aradan qaldıracaqlar. Xidməti göstərən “BakıKart”dır və ödənişlə bağlı risklər olarsa, şirkət bunu banklarla birlikdə həll edəcək”.
Ağamirzəyev əlavə edib ki, alternativ ödəniş vasitələrinin çoxluğu həm təhlükəsizlik, həm də sərnişin rahatlığı baxımından böyük üstünlük yaradır.
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı










