Metro stansiyaları qarşısında tibbi briqadalar növbə çəkəcək

""Formula 1" yarışması ilə əlaqədar Bakı Metropoliteninin "Sahil" və "İçərişəhər" stansiyalarının qarşısında Səhiyyə Nazirliyi tərəfindən yaradılmış iki tibbi briqada fəaliyyət göstərəcək".
Avtosfer.az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
Onun sözlərinə görə, hər bir stansiyanın qarşısında yüksək səviyyəli tibbi heyətlə və avadanlıqla təchiz edilmiş tibbi maşınlar dayanacaq. Sabah səhər saatlarından fəaliyyətə başlayacaq tibbi briqadalar Formula 1-in keçiriləcəyi müddət ərzində yarışlarda iştirak etmək üçün Bakıya gələn qonaqlar və paytaxt sakinlərinə xidmət göstərəcək.
L.Bayramova əlavə edib ki, "Formula 1" yarışı dövründə idmançılara və komanda heyətlərinə tibbi xidmətlərin göstərilməsində əsas kliniki xəstəxana kimi istifadə olunacaq Mərkəzi Neftçilər Xəstəxanası və Kliniki Tibbi Mərkəz, eyni zamanda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası xidmət göstərməyə tam hazırdır. Bu müəssisələr artıq iyunun 13-dən gücləndirilmiş iş rejimində çalışırlar. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası yarış zamanı tibbi yardım göstərilməsi üçün 27 həkim briqadası ayırıb: "Azərbaycanın artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi var. Avropa Oyunlarında olduğu kimi, "Formula 1" üçün də hər şey yüksək səviyyədə təşkil olunub və qonaqlara da tibbi xidmətlər yüksək səviyyədə göstəriləcək".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












