Metro stansiyalarında hiss edilən qoxunun mənşəyi nədir? - FOTO

Metroda olarkən, xüsusən qatarın gəlişini gözləyərkən relslərə nəzər saldığımız zaman "qara rəngli" taxta parçalarını görürük. Bu taxta parçaları şpal adlanır və relslər onların üzərində durur. Bəs şpalların rəngi nə səbəbdən ağac rəngi üçün xarakterik olmayaraq qaraya çalır? Buna səbəb kreozot maddəsidir. Avtosfer.az interaz-a istinadən xəbər verir ki, metro stansiyalarında olduğumuz zaman hiss etdiyimiz qoxu bu maddəyə məxsusdur. Kreozotdan şpalların çürüməsinin qarşısını almaq məqsədilə istifadə edilir. Sözügedən maddə ilk dəfə 1830-cu ildə Karl fon Reyhenbah tərəfindən fıstıq ağacının qarayağından əldə edilib. Metro stansiyalarında hiss etdiyimiz bu qoxu insan səhhəti üçün zərərli deyil, yalnız bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər. Nyu-York, Tokio, London, Minsk və Kiyev kimi şəhərlərdə bu xarakterik qoxu mövcud deyil. Ümumilikdə maddədən dəmiryolları şpalları, digər metropoliten detallarında, eləcə də başqa yerlərdə istifadə edilir. Rəngsiz (bəzən sarımtıl və ya sarımtıl-yaşıl), suda çətin həll olan maddə daş kömür qarayağından, eləcə də neft və şist-neftdən əldə edilir. Sənayedə ən geniş yayılmış növü isə ağac və daş kömürdən alınan kreozotdur. Ağacdan əldə edilən kreozotdan vərəm xəstəliyində və antiseptik kimi istifadə edilir.




Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










