Metro stansiyasının yaxınlığında qan töküldü - Bakıda
Gündəm
22 Aprel 2017 10:32
Oxunub 1241

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır
Bakıda 23 yaşlı oğlan metro stansiyasının yaxınlığında bıçaqlanıb. Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, metronun "Əhmədli" stansiyasından çıxan 1994-cü il təvəllüdlü Quliyev Kamran Sənan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













