Metro və avtobuslarda havalandırma sistemi hava çatdırırmı?! - VİDEO

Gündəm 11 İyun 2024 21:36 Oxunub 352
Metro və avtobuslarda havalandırma sistemi hava çatdırırmı?! - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Metropolitendə bəzi qatarlarda havalandırma sisteminin işləməməsi və ya olmaması sərnişinlərin ciddi narazılığına səbəb olur.

Nəzərə alsaq ki, ilin bütün aylarında bu nəqliyyat vasitəsində sıxlıq müşahidə olunur, yay aylarında bu hal ikiqat dözülməz vəziyyətə gətirib çıxarır.

Bəzi marşrut avtobuslarında da vəziyyət eynidir. Sərnişinlər deyirlər ki, bu nəqliyyat vasitələrində kiçik nəfəslikləri açmaq çıxış yolu deyil.

Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, bu gün sərniçindaşımaya cəlbv edilən bəzi nəqliyyat vasitələrində havalandırma sistemi ümumiyyətlə yoxdur. Bəzilərində isə mövcud olduğu halda sürücülər onu işə salmırlar.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, hazırda metropolitendə 61 qatar var ki, onlardan 23-ü yenidir. Qalanları isə köhnədir. sərnişinlərin şikayətləri də əsasən onlarla bağlıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən də bildirildi ki, Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir. Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var.

Maraqlıdır ki, hər iki qurumda sərnişinlərin narazılıqlarına haqq qazandırırlar, lakin köhnə nəqliyyat vasitələrinin nə vaxt yenilərilə əvəzlənəcəyini deməkdə çətinlik çəkirlər. Əsas çətinliyi çəkmək isə yenə sərnişinə qalır.

Daha ətraflı videomaterialda:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh