Metro və avtobuslarda ödənişlər belə olacaq - VACİB AÇIQLAMA

Gələcəkdə metro və avtobuslarda vahid, güzəştli tarif sisteminin tətbiqi mərhələli şəkildə həyata keçirilə bilər.
Bəs, gələcəkdə metro və avtobuslarda vahid, güzəştli tarif sisteminin tətbiqi planlaşdırılırmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Konkret.az”a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, yanvarın 1-dən etibarən ictimai nəqliyyatda brutto müqavilələrə keçid prosesi başlayacaq.
Onun sözlərinə görə, bu sistem daşıyıcıların maliyyə dayanıqlığını təmin və dövlət tərəfindən subsidiyalaşdırmanı özündə ehtiva edir.
“Brutto sistemə mərhələli keçid tamamlandıqca vahid bilet və güzəştli tarif paketlərinin formalaşması mümkün olacaq. Belə ki, gələcəkdə sərnişinlər üçün günlük, aylıq və illik biletlərin tətbiqi nəzərdə tutula bilər ki, bu da müxtəlif sosial güzəştləri əhatə edəcək”.
Rauf Ağamirzəyevin sözlərinə görə, yeni sistem çərçivəsində tranzit vaxtı anlayışı da tətbiq oluna bilər.
“Bu zaman sərnişinlər 60 və ya 90 dəqiqə ərzində bir nəqliyyat növündən digərinə əlavə ödəniş etmədən keçid edə biləcəklər. Xüsusilə uzaq ərazilərdən gələn vətəndaşlar bir dəfə ödəniş etməklə bir neçə nəqliyyat növündən istifadə imkanı qazanacaqlar”.
Ekspert vurğulayıb ki, bütün bu yeniliklər mərhələli şəkildə həyata keçiriləcək və daşıyıcıların sistemə inteqrasiyasından asılı olaraq tətbiq olunacaq.
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
Yük maşınları ilə bağlı tədbirlər görülməlidir - AÇIQLAMA
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Rusiyada benzin kəskin bahalaşdı
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO










