Metro yanvarın 20-də necə işləyəcək?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
N.Paşayev bildirib ki, təmsil etdiyi qurum həmin gün bir sıra tədbirlər həyata keçirəcək: "Hər il olduğu kimi, bu il də Bakı Metropoliteni bütün kollektivlə faciə gününü yad edəcək. Bu il də bütün stansiyalar qara lentli qərənfillərlə bəzədiləcək, bütün stansiyalarda həzin musiqilər səsləndiriləcək. Ümumxalq Hüzn Günü ilə əlaqədar metroda dünyasını dəyişən şəhidlərin xatirəsinə adlandırılmış "20 Yanvar" stansiyasında xüsusi anım mərasimi təşkil olunacaq. Bundan əlavə, "20 Yanvar" stansiyası bütünlüklə, hətta platformalar da qızılgüllərlə bəzədiləcək, stansiyada güllərdən xüsusi ekspozisiya hazırlanacaq. Saat 12 tamamda isə metroda bütün qatarlar dayandırılacaq, eyni anda fit veriləcək, sonra isə faciə qurbanlarının xatirəsi sərnişinlərlə birlikdə bir dəqiqəlik sükutla yad ediləcək".
N.Paşayev deyib ki, hüzn günü olmasına baxmayaraq, qatarların hərəkət qrafikində və metronun iş rejimində hər hansı dəyişikliyin olacağı gözlənilmir.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












