Metroda 11 nəfəri öldürən kamikadzenin adı açıqlandı - FOTO

Sankt-Peterburq terrorçusunun adı açıqlanıb. Avtosfer.az-ın istipress-ə istinadən verdiyi məlumata görə, kamikadzenin Rusiya vətəndaşı, 22 yaşlı qırğızıstanlı Akbarjon Cəlilov olduğu bildirilir. O, altı ildən çoxdur ki, Sankt-Peterburqda yaşayıb. Gənc Qırğızıstanın Oş vilayətində anadan olub. Onun partlayıcı qurğunu ya bel çantasında saxladığı, ya da əlində tutduğu ehtimal olunur. Belə ki, zərərçəkmiş sərnişinlərin əksəriyyəti qarın nahiyəsindən xəsarət alıb. Daha öncə terror aktını Maksim Arışev adlı Qazaxıstan vətəndaşının törətməsi barədə məlumat yayılmışdı. Lakin adıçəkilən ölkənin Milli Təhlükəsizlik Komitəsi Qazaxıstan vətəndaşının terrorla heç bir əlaqəsi olmadığını açıqlayıb. Sankt Peterburq metrosunda partlayış ötən gün günorta saatlarında baş verib. "Sennaya Ploşad" və "Texnoloqiceskiy institut" stansiyalarının keçidində baş verən partlayış nəticəsində 11 nəfər ölüb. Ölən və yaralananlar arasında azərbaycanlılar da var.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












