Metroda 4 vətəndaşın telefonunu oğurlamış qadın saxlanılıb

Noyabrın 24-də İmişli rayon sakini Orxan Əliyev və Bakı şəhər sakini Əsmər Səlimova metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarında ciblərindən mobil telefonlarının oğurlanması barədə Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət ediblər. DİN-dən Avtosfer.az-a bildirilib ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə cibgirliklə məşğul olan qadın müəyyən edilib və elə həmin gün saat 20:10 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında o, “isti izlər”lə yaxalanaraq şübhəli şəxs qismində Polis Şöbəsinə gətirilib. Araşdırmalarla onun Bakı şəhərində yaşayan Əsmər Hüseynova olduğu müəyyən edilib. Üzərinə baxış keçirilərkən oğurladığı 2 ədəd mobil telefon - “İphone 5S” və “Lenova K5” aşkar olunaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs telefonları cibgirlik yolu ilə götürdüyünü etiraf edib. Maddi sübut kimi götürülmüş həmin mobil telefonların İmişli rayon sakini O.Əliyevə və Bakı şəhər sakini olan Ə.Səlimovaya məxsus olduğu müəyyən edilib. Saxlanılan şəxsdən əvvəl oğurladığı daha 2 ədəd mobil telefon da aşkar olunaraq götürülüb və onların sahiblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır. Ə.Hüseynovanın digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












