Metroda 7 və 8 vaqonlu qatarlardan nə vaxt istifadə ediləcək? – RƏSMİ AÇIQLAMA

Gündəm 27 Sentyabr 2024 13:31 Oxunub 246
Metroda 7 və 8 vaqonlu qatarlardan nə vaxt istifadə ediləcək? – RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər texnoloji yeniliklərin sürətlə meydanaıxmasına baxmayaraq, hələ də dünyada sərnişindaşımada ən çox istifadə edilən nəqliyyat növü metro hesab edilir. İnkişaf etmiş ölkələrin öz paytaxtlarında, yaxud ən çox əhali yaşayan şəhərlərində metro stansiyalarının sayında davamlı artım edir, yeni layihələr həyata keçirilir. Məsələn, Nyu-York metro şəbəkəsində 472, Parisdə 320, Tokioda 285, Londonda 282, Melburnda 222 metro stansiyası var. Hətta qardaş ölkə Türkiyənin İstanbul şəhərində indiyədək 159 metro stansiyası istifadəyə verilib, yeni stansiyaların tikintisi davam edir. Bu ölkələrin metrostansiyaları elə ölçülərdə tikilir ki, həmin şəhərlərin metro xətlərində 7 və 8 vaqonlu qatarlar hərəkət edə bilsin.

Avtosfer.az xəbər verir ki, bu məsələ istiqamətində Bakıda görülən işlər şəhərin metro sisteminin inkişafı üçün sürətləndirilib.

Belə ki, payatxtın Baş planına əsasən, 2040-cı ilə qədər şəhərin həm görüntüsündə həm də nəqliyyat sistemində müsbətə doğru atılması nəzərdə tutulan addımlar arasında metro sistemində yeniliklərin tətbiqi də var. 2030-cu ilə qədər Bakıdakı metro stansiyalarının sayının 76-ya çatdırılması nəzərdə tutulub.

Metro stansiyalar arasındakı reyslərə buraxılacaq qatarların nə vaxt 7, yaxud 8 vaqonlu olmasına gəlincə, məsələni “Bakı Meetropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən soruşduq. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildiri ki, bu istiqamətdə araşdırmalara davam etdirilməsi mütləqdir.

“Metropolitenin bənövşəyi xətti 2008-2011-ci illərdə cənab Prezidentin sərəncamına əsasən aparılan araşdırmaların nəticəsi olaraq yekun qəbul edilmiş konseptual inkişaf sxeminə və ondan irəli gələn vəzifələrə uyğun olaraq 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Bu da təbii ki Bakı şəhərinin böyüyübh meqpolisə çevrilməsi ilə əlaqədardır. Bənövşəyi xətt üzrə tikiləcək bütün stansiyalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulacaq. Çünki xətt boyunca hərəklət edəcək qatarlarda vaqon ölçüləri əsas götürülür. “Xocahəsən” stansiyası da daxil olmaqla həmin xətdəki stansiya platformalarrının uzunluğu 140-144 metrdən az deyil. Paytaxdakı 27 stansiyadan 23-ü 5 vaqonlu platformadan ibarətdir. Bu stansiyalarda 7 və 8 vaqonlu platformaların təminatı yeniən inşa prosesi ilə eyni vaxt tələb edəcək. Stansiyaların əksəriyyəti Sovet dövründə inşa edildiyi üçün burda aparılacaq yenidənqurma işləri bütünlüklə təmin edilməlidir. Çünki əgər stansiyaların böyüdülüb 7 və 8 vaqonlu qatarların hərəkəti üçün işlərin təşkili təkcə bir və ya bir neçə məntəqə üzrə deyil bütün metro xətti üzrə təmin edilməlidir.

Bəxtiyar Məmmədov sonda qeyd edib ki, yaxın vaxt ərzində bu mümkün olmasa da, gələcəkdə metro stansiyaların sayı artırıldıqda, metro stansiyaların düzülüşü 700-1000 metrdən bir olduğu zaman, bu məsələni diqqətdə saxlamaqla həlli üzrə işlərə başlamaq mümkün olacaq.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh