Metroda baş vermiş hadisə zamanı 15 nəfər xəsarət alıb

London metrosunun "Oxford Circus" stansiyasında baş vermiş hadisə zamanı 15 nəfər xəsarət alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, yerli KİV əvvəlcə insanların işdən çıxan vaxtı London metrosunda atəş səslərinin eşidildiyi barədə məlumat yayıb. Sonradan bu məlumat öz təsdiqini tapmayıb. Həmin vaxt insanlar fəal şəkidə Milad hədiyyələri və bəzək əşyaları almaqla məşğul olurlarmış və stansiya adamla dolu olub. Bu zaman metronun platformasında iki kişi arasıda mübahisə düşüb. "Biz "Oxford Circus" ərazisini tərk edənə qədər travma almış bəzi pasientlərə yardım göstərdik. Yeddi pasientə yerində baxdıq və 8-ni isə kiçik xəsarətlərlə Londonun iki mərkəzi xəstəxanasına göndərdik. Biz həmçinin ayağından xəsarət almış bir zərərçəkmişi Travmatoloji Mərkəzə yolladıq", - deyə Londonun Təcili Yardım Xidmətinin "Twitter" mikrobloquna yerləşdirilən məlumatda bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə platformada iki kişinin mübahisə etməsi nəticəsində baş verib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












