Metroda cibgirliklə məşğul olan şəxslər tutulub - FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 19-da Bakı şəhər sakinləri Röya Hümbətovanın çantasından içərisində pulu və sənədləri olan pulqabısının metronun “28 May” stansiyasında qatarda, Naimə Rəhimovanın cibindən mobil telefonunun “Gənclik” stansiyasında platformada oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciətlər daxil olub. Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Naxçıvan şəhər sakini Rüfət Qasımov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Roman Hüseynov olduqları məlum olub.
Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













