Metroda dezinfeksiya işləri aparılacaq - “Donuz qripi” ilə bağlı

“Dezinfeksiya işlərinin aparılması ilə əlaqədar Bakı Metropoliteni və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə müraciət etmişik”.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov deyib. O qeyd edib ki, dezinfeksiya işləri “donuz qripi” təhlükəsi ilə əlaqədar aparılacaq: “Biz qabaqlayıcı tədbirlər görürük. Gözləməməliyik ki, xəstəlik baş versin. Artıq həmin qurumlara müraciət etmişik. Onlar da bu məsələyə baxır. Çox güman ki, dezinfeksiya tədbirləri görüləcək”.
Qeyd edək ki, “donuz qripi” təhlükəsi ilə əlaqədar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb. Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. “Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripixəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılıb.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










