Metroda gecikmə yaranıb - SƏRNİŞİNLƏR NARAZIDIR

Bakı metropolitenində qatarların hərəkətində ləngimə yaranıb. "Dərnəgül" stansiyasından "Həzi Aslanova" gedən qatar 6 dəqiqə intervalla hərəkətə başladı. Qatar hər stansiyada 2-3 dəqiqə gözləməklə "Elmlər Akademiyasına" 35 dəqiqəyə çatdı.
Avtosfer.az xəbər verir ki, Xalqlar Dostluğu stansiyasından gələn həmkarım Elmlər Akademiyasına 1 saat 20 dəqiqəyə çatıb. Orda da qatar dəfələrlə stansiyada və tuneldə gözləyib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda heç bir nasazlıq yoxdur:
"Bakı metropoliteninin xətlərində qatarlarda və stansiyalarda nasazlıq mövcud deyil. Bir sıra stansiyalarda sıxlıq səbəbindən tənzimləmələr sərnişinlərin və hərəkətin təhlükəsizliyi təmin edilməklə və intervallar qorunmaqla aparılır".
Xatırladaq ki, mayın 3-də "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksəkgərginlikli elektrik xətləri ilə enerjinin verilişində məhdudiyyətlər yaranıb. Nəticədə qatarların hərəkətində qismən gecikmələr müşahidə olunub.
Vüqar
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










