Metroda gediş haqqı arta bilər?

Tarif Şurasının qərarı ilə elektrik enerjisinin qiyməti artdı. Artıq bu gündən bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik olub. Bu sahədə qiymət artımı isə bir sıra məhsul və xidmətlərin bahalaşmasına əsas verə bilər.
İnsanları ən çox narahat edən isə ictimai nəqliyyatda ola biləcək bahalaşmadır. Məsələn, metro, dəmiryolu və sairə. Avtosfer.az xəbər verir ki, ans press elektrik enerjisindən daha çox istifadə edən Bakı Metropoliteni QSC, "Azərbaycan Dəmir Yolları" QSC-nin bundan sonra qiymətlə bağlı atacağı addımları öyrənib.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, işıqpulu artımı bu gündən qüvvəyə mindiyindən hələ ki bununla bağlı qurum heç bir addım atmaq fikrində deyil. Onun sözlərinə görə, qiymətləri Tarif Şurası tənzimləyir. "Əgər lazım olarsa, qiymətlərlə bağlı Tarif Şurasına müraciət olunacaq".
“Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov da məsələnin yeni olduğunu, hələlik bununla bağlı rəhbərliyin heç bir fikri olmadığını vurğulayıb.
İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, hazırda Tarif Şurasının gündəliyində hər hansı bir sahə üzrə tarif dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.
Onun sözlərinə görə, tarif tənzimlənməsi özü çevik bir prosesdir. "Tarif şurasına daxil olan müraciətlər, şuranın kollegiyaları tərəfindən araşdırılır, ondan sonra Tarif Şurasının gündəliyinə çıxarılır. Amma hazırda Şuranın gündəliyində bu və ya digər məsələlər müzakirə olunmur".
Ötən gündən Tarif Şurası "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin müraciətlərini nəzərə alaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib.
Enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik (əvvəl 6 qəpik) müəyyən edilib.
Yeni tariflər bu gündən qüvvəyə minib.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












