“Metroda gediş haqqı artırıla bilər” - Rəsmi açıqlama

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə müsahibə verib. O, müsahibəsində metroda gediş haqqının artırılmasıyla bağlı yayılan məlumatlara aydınlıq gətirib: “Rəsmi rəqəmlərə əsasən sərnişindaşımanın maya dəyəri 2015-ci ilin yekunlarına görə faktiki olaraq 54 qəpik təşkil edirdi (amortizasiya nəzərə alınmadan 32 qəpik). 2016-cı ilin 6 ayı ərzində isə sərnişindaşımanın maya dəyəri bir az da azalaraq 52,4 qəpik təşkil edib. Xatırladaq ki, Hesablama Palatası da ötən ay açıqladığı hesabatında 2015-ci il üçün Bakı Metropolitenində bir sərnişinin daşınma xərcini 54 qəpik olaraq göstərmişdi.
Ancaq cari ildə yeni tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin (su təchizatı və tullantı suları, elektrik enerjisi) qiymətlərinin artması metropolitendə xərclərin çoxalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində, bir sərnişinin daşınma xərcini artıra bilər. Ancaq tarifi müəyyən etmək “Bakı Metropoliteni” QSC-nin səlahiyyətində olan məsələ deyil. Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












