Metroda gedişhaqqı artacaqmı? - RƏSMİ AÇIQLAMA

Mətbuatda yenidən metroda gedişhaqqı qiymətinin artacağı ilə məlumat yayılır. Azadlıq radiosunun hesablamasında deyilir ki, gəlir və xərc nəzərə alınmaqla, bir sərnişinin daşınması metropolitenə 82,4 qəpiyə başa gəlir. Avtosfer.az xəbər verir ki, açıqlanan xərclər nə dərəcədə doğrudur? Metroda gedişhaqqı artırılacaqmı? Bu sualları cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qaynarinfo.az-a bildirdi ki, açıqlanan rəqəmlər cəfəngiyatdır:
"Bakı Metropoliteni olaraq, biz Tarif Şurasına qiymətin artırılması ilə bağlı müraciət etməmişik. Tarif Şurasına müraciət edilməmiş qiymətlər artırıla bilməz. O ki, qaldı bir sərnişin daşınması üçün xərcin 82,4 qəpik olmasına, bu rəqəm cəfəngiyatdır. Hesablama palatası hər ilin sonunda bununla bağlı rəsmi rəqəmləri açıqlayır. Palata 2015-ci ildə bir sərnişinin daşınmasına çəkilən xərci 54 qəpik göstərmişdi. Cari ilin sonunda bu il bir sərnişin daşınmasına çəkilən xərc açıqlanacaq".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












