Metroda hərəkətin dayanması ilə bağlı AYNA-dan QƏRAR - YENİLƏNİB

Gündəm 21 Aprel 2026 14:41
Metroda hərəkətin dayanması ilə bağlı AYNA-dan QƏRAR   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Baş vermiş hal ilə əlaqədar hazırda müvafiq istiqamətlər üzrə marşrut xətlərinə əlavə avtobuslar buraxılıb və sərnişin axınının qarşılanması istiqamətində operativ tədbirlər görülür".

Bu məlumatı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva verib.

"Belə ki, metronun "Koroğlu" - "28 May", "Elmlər Akademiyası" - "Nizami" - "28 May" stansiyaları, həmçinin "Əhmədli" stansiyası - Sadıqcan küçəsi istiqamətlərində fəaliyyət göstərən marşrut xətlərinə əlavə nəqliyyat vasitələri cəlb edilib", - deyə Ə.Əliyeva vurğulayıb.

Qeyd edək ki, Bakı metrosunda problem yaranması ilə əlaqədar hazırda avtobus dayanacaqlarında da sıxlıq müşahidə olunur./oxu.az

***

"Metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir."

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov verib.

"Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur", - deyə T.Orucov vurğulayıb.

Oxunub : 430
ŞƏRH YAZ
Ad

E-mail

Şərh