Metroda Polis Şöbəsinə işçi axtarılır - DİQQƏT

Baki Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan “Bakı Metropoliteni”ndə Polis Şöbəsi “polisə ictimai dəstək” xidmətində vakant vəzifəyə müsabiqə elan edib. Avtosfer.az xəbər verir ki, müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətini başa vurmuş (kişilər üçün) yaşı 24-dək, boyu 180 santimetr və yuxarı olan, düzgün bədən quruluşlu, idman cüssəli, tam orta və ya orta-ixtisas və ya ali təhsilli olan, qadınlar üçün (170 sm) yuxarı olan və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanının rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.
Əlavə məlumat üçün: (012) 490 02 36
Ünvan: Zərgərpalan k,135 (Metronun “Nizami” stansiyası)
Emin
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










