Metroda "pulsuz keçid" iddiası: NFC ödənişləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi - VİDEO

Sosial şəbəkələrdə metro stansiyalarında gediş haqları ilə bağlı "sistemdə boşluq var və limitsiz pulsuz gediş əldə etmək mümkündür" iddiaları yayılıb.
Avtosfer.az xəbər verir ki, paylaşımlarda metroda bank kartları ilə limitsiz və heç bir ödəniş etmədən keçidin mümkün olduğu iddia edilir. Bunun səbəbi kimi isə NFC ödənişi zamanı sistemdə kodlaşdırma xətasının olduğu göstərilir. Şərhlərdə də bu iddianı dəstəkləyən bir çox fikir səsləndirilib.
Bəs, bank kartında balans olmadıqda metrodan keçmək mümkündürmü?
Vətəndaşlar bildirirlər ki, kartda vəsait olmasa belə, NFC sistemi ilə ödəniş zamanı 1 və ya 2 dəfə pulsuz keçid imkanı yaranır.
İKT ekspertləri isə qeyd edirlər ki, bütün sistemlərdə müəyyən boşluqlar, yəni alqoritmdə kodlaşdırma səhvləri ola bilər. Hər hansı bir sistem hazırlandıqdan sonra onun fəaliyyətində xətaların ortaya çıxması mümkündür və bu hallardan sui-istifadə də istisna edilmir.
Ekspertin sözlərinə görə, eyni kartla dəfələrlə uğursuz ödəniş cəhdi olarsa, sistem bunu riskli davranış kimi qəbul edir. Nəticədə həm bank, həm də metro sistemi həmin kartı bloklaya bilər. Onun fikrincə, Bakı metropolitenində kritik səviyyədə kibertəhlükəsizlik boşluğu yoxdur və sözügedən hallar sadəcə sistemin iş mexanizminin yanlış anlaşılması ilə bağlı ola bilər.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, NFC vasitəsilə ödəniş zamanı bank kartında balans olmasa belə, sərnişinə yalnız birdəfəlik keçid imkanı verilir. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik şəkildə bloklanacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər - Bu qədər cərimələnəcək
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO










