Metroda qadın işçilər ixtisar edilib?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında qadın əməkdaşlarının işdən azad olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, bu məlumatların heç bir əsası yoxdur: "Artıq 2 ildən çoxdur ki, stansiyalarda qadınlarla yanaşı kişi nəzarətçilər də fəaliyyət göstərir. Xüsusilə ali təhsillilər bu işə cəlb edilib. Bu barədə iş elanlarımız da olub, təlim-tədris mərkəzimizdə kurs keçərək imtahandan sonra işə qəbul olunublar. Ali təhsilli olmalarının səbəbi də gələcəkdə karyera yüksəlişi zamanı onların bu kriteriya ucbatından əngəllə qarşılaşmamaları üçündür. Bir daha qeyd edirəm ki, qatarların qəbul edilib yola salınması üzrə nəzarətçi qadınların heç biri ixtisara düşməyib və ya kütləvi halda təqaüdə göndərmə halı olmayıb. Onlar öz sahələri üzrə bir pillə yuxarı vəzifəyə çəkiliblər və bundan sonra boş qalan yerlərə qadınlarla yanaşı, kişilər də işə qəbul ediliblər. Faktı dəfələrlə bu ixtisas üzrə mətbuatda verdyimiz elanlar da sübut edir. Digər tərəfdən, təqaüd yaşına çatan insanların işdən çıxması tam qanunauyğun və normal haldır. Bunu kütləvi hal kimi qələmə verib ajiotaj yaratmağa gərək yoxdur".
N.Paşayev bildirib ki, yayılan məlumatlarda hətta kassaların ləğv olunması prosesində xəzinədar xanımların da ixtisara düşdüyü barədə məlumatlar yayılıb: "Halbuki, kassaların ləğvi zamanı xəzinədarlar başqa işə keçirilmiş, vəzifələrindən azad edilməmişdilər".
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












