Metroda qatar tüstüləndi, sərnişinlər boşaldıldı

Hadisə şahidlərinin verdiyi məlumata görə, bu gün metroda qatarların birində tüstülənmə olduğundan sərnişinlər təxliyə olunub, qatar xətdən çıxarılıb. Məsələ ilə əlaqədar milli.az-a cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev faktı təsdiq edib. Onun sözlərinə görə, hadisə kiçik texniki nasazlıq səbəbindən baş verib: "Bu gün 39 saylı marşrut üzrə "Dərnəgül" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar saat 16:30 radələrində "Nəsimi" stansiyasında olarkən son vaqonunda texniki nasazlıq qeydə alınıb. Lakin ciddi narahatlıq doğuran təhlükəli hal qeydə alınmayıb. Buna baxmayaraq, sərnişinlər dərhal vaqonlardan boşaldılıb, qatar isə xətdən çıxarılıb. Bu, qatarların hərəkət qrafikinə heç bir təsir etməyib və gecikmə halı da olmayıb. Çıxarılanın yerinə isə xəttə əlavə qatar qoşulub".
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












