Metroda qatarın altına düşən şəxs narkoman olub

Aprelin 19-da axşam saatlarında metronun "Nizami" stansiyasında özünü qatar relsinin üzərinə atan Fərid İmanov narkomaniyadan əziyyət çəkir. Avtosfer.az" xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.İmanovun yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib. Baş həkim bildirib ki, xəstə hazırda komadan ayılıb: "Xəstə komada deyil. Onun açıq kəllə-beyin travması var. Amma hazırda onu süni yolla yatızdırırlar ki, oyanıb özünə xəsarət yetirməsin. Hazırda xəstənin müalicəsi davam etdirilir".
Xatırladaq ki, aprelin 19-da axşam saat 22:44 radələrində metronun "Nizami" stansiyasında, 1985-ci il təvəllüdlü Fərid İmanov özünü qatar relslərinin üzərinə atıb. F.İmanov metro nəzarətçilərinin köməyi ilə relslərin üzərindən götürülərək təcili xəstəxanaya çatdırılıb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












