Metroda qızın cırıq şalvara görə döyülməsi xəbəri yalan çıxdı

Bakı Şəhər Baş Polis İdarəsi bir neçə gün əvvəl Bakı metrosunda dizi cırıq şalvar geyindiyi üçün bir qızın döyülməsi xəbərinə münasibət bildirib. İdarədən Avtosfer.az-a verilən məlumata görə, bir neçə gün bundan əvvəl (15 iyul) sosial şəbəkədə Bakı metrosunun "Sahil" stansiyasında son dəbli dizi acıq cins şalvar geyən gənc qızın bu səbəbdən zorakılıqla üzləşdiyi, naməlum cavan oğlan tərəfindən döyüldüyü barədə məlumat yayılıb. Sonradan internet saytları bu xəbəri yoxlamadan öz səhifələrində yerləşdirib (17-18 iyul) və ictimailəşdirib. Bakı Metropolitenində Polis Şöbəsinin apardığı hərtərəfli araşdırmalar belə bir hadisənin ümumiyyətlə baş vermədiyini və sosial şəbəkə istifadəçisinin təxəyyülünün məhsulu olduğunu üzə çıxarıb. Bakı Şəhər Baş Polis İdarəsi həqiqətə uyğun olmayan məlumatın ictimaiyyəti çaşdırmağa cəhd kimi qiymətləndirir və əldə olunan məlumatın yayımdan əvvəl bir neçə etibarlı mənbədə təsdiq olunmasının vacibliyini barədə bir daha KİV nümayəndələrinə xəbərdarlıq edir.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












