Metroda sərnişin sıxlığının qarşısı alınır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında sərnişin sıxlığının yaranmaması üçün bəzi stansiyalarda əlavə turniketlər quraşdırıb. Avtosfer.az xəbər verir ki, bu braədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin istipress-ə verdiyi xəbərə görə, hazırda 3 metro stansiyasında - "Koroğlu", "Sahil" və "Gənclik" stansiyalarında turniketlərin sayı artırılıb: "Turniketlərin sayının artırılmasına səbəb həmin stansiyaların yaxınlığında böyük tədbirlər keçirildikdə və pik saatlarda metro stansiyalarında yaranacaq sərnişin sıxlığının qarşısını almaqdır. Xüsusən də, böyük tədbirlər keçiriləndə həmin stansiyalarda sərnişin sıxlığının yaranmasının qarşısını almaq üçün turniketlərin sayı artırılıb. Məsələn, Olimpiya Stadionunda tədbirlər keçiriləndə "Koroğlu" stansiyasında, Tofiq Bəhramov adına Respublika Stadionunda futbol yarışları keçiriləndə "Gənclik" stansiyasında, Dənizkənarı Milli Parkda bayram tədbirləri və sair toplantılar keçiriləndə isə "Sahil" stansiyasında sərnişinlərin sayı artır. Buna görə də, həmin stansiyalarda sərnişin sıxlığı yaranmaması üçün qabaqlayıcı tədbirlər görülüb".
N.Paşayev bildirib ki, əgər gələcəkdə digər stansiyalarda da sərnişinlərin sayı artarsa, həmin stansiyalarda da turniketlərin sayı artırıla bilər.
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO
Bu körpənin valideynləri axtarılır - FOTO
SEPAH-dan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ: "Güc tətbiq ediləcək"
Qarabağda və Şərqi Zəngəzurda layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir - Prezident İlham Əliyev
Paytaxtın 14 küçəsində sıxlıq var - SİYAHI
Avtomobillər üçün böyük maneə - Bu məhsul tükənir
Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək - SİYAHI - FOTO
İstehlak kreditləri bahalaşır; artan faizlər vətəndaşın cibinə necə təsir edir? – İQTİSADÇI EKSPERT
Ermənistandakı sammit region üçün niyə vacibdir? - POLİTOLOQ
Süni intellektin inkişafı insanların iş yerlərini itirməsinə səbəb ola bilər? – Ekspert RƏYİ
Maşını səs-küylə sürənlərin nəzərinə - Bunu bilirsiniz?








