Metroda təhlükəsizliyin gücləndirilməsi ərəblərlə bağlıdır?

"Bakı metrosunda təhlükəsizlik məsələlərinə həmişə xüsusi önəm verilib və tədbirlər mütəmadi olaraq hər zaman görülür. Xüsusilə də, bu il Türkiyədə ardıcıl törədilən terror aktlarından sonra metroda təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Amma bu mövsümi xarakter daşımır və son zamanlar hər hansı millətdən olan turistlərin, o cümlədən ərəblərin Bakıda sayının çoxalması ilə bağlı deyil".
Avtosfer.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev son günlər guya ölkəyə gələn ərəb turistlərin sayının çoxalmasından sonra metroda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
Şöbə rəisinin sözlərinə görə, metroda təhlükəsizlik hər zaman vacib məsələlərdən olub və belə də qalır. Belə ki, həm Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları, həm də metropolitenin öz əməkdaşları tərəfindən ciddi nəzarət həyata keçirilir:
"Hətta eskalatorlarda tez-tez səsləndirilən anonslara da əlavələr olunub ki, əgər sərnişinlər hər hansı şübhəli bir şeylə rastlaşarlarsa, polislərə və metropolitenin əməkdaşlarına müraciət etsinlər, xəbər versinlər. Təhlükəsizlik tədbirləri zaman keçdikcə dövrün tələbinə uyğunlaşdırılır və gücləndirilir".
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












