Metroda terror aktı törədən şəxs İŞİD tərkibində təlim keçib

Sankt-Peterburq metrosunda qatarı partladan və "Dirçəliş meydanı" stansiyasında bomba yerləşdirən şəxs İŞİD terror qruplaşmasında təlim keçib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, partlayıcı qurğunun komponentləri də bunu göstərir. Belə ki, kriminalistlər qatarda partlayıcı qurğunun komponentləri arasında yandırılmış şəkər aşkarlayıb. Ekspertlər bu "nou-hau"nun vətəninin Suriya olduğunu hesab edirlər. Federal Təhlükəsizlik Xidməti əməkdaşları aparılan əməliyyat tədbirləri nəticəsində A.Cəlilovun Rusiyaya Türkiyədən keçdiyini müəyyənləşdirib. Hazırda onun Suriyaya səfər edib-etməməsi araşdırılır. Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində 11 nəfər həlak olub, daha 3 nəfər xəstəxanada keçinib. Təqribən 50 nəfər yaralanıb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












