Metroda törədilən terrorun sifarişçisinin şəxsiyyəti müəyyənləşdi

Sankt-Peterburq metrosunda törədilən terrorun sifarişçisinin şəxsiyyəti müəyyənləşib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib. Onun sözlərinə görə, terror aktı ilə bağlı istintaq davam edir və rəsmi ittiham elan olunub. Məlumata görə, terror aktı ilə bağlı 10-a yaxın adam tutulub. Aprelin 18-də metroda törədilən terrorun təşkilatçılarından biri olmaqda şübhəli bilinən Əbror Əzimovun məhkəməsi başlayıb. Qeyd edək ki, Sankt-Peterburq metrosunda terror hücumu törətməkdə Akbarjon Cəlilov şübhəli bilinir. Xatırladaq ki, Rusiya İstintaq Komitəsi özünü "Sennaya meydanı" - "Texnologiya İnstitutu" stansiyaları arasında metronun dördüncü qatarında partladan A.Cəlilovun terrorçu-kamikadze olduğunu bildirib. İlkin məlumata görə, elə o, "Dirçəliş meydanı" stansiyasına bomba yerləşdirib. Terror aktı nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












