Metroda vətəndaşın pul kisəsini oğurlayan şəxs tutulub

Ötən ay metronun “Nizami” stansiyasında oğurluq edən şəxs tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Bu ilin mayın 23-də Bakı şəhər sakini Əliəkbər Heydərov Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün metronun “Nizami” stansiyasında içərisində 150 manat və sənəd olan pul kisəsini itirməsini bildirib.
Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən iyunun 1-də metronun “Memar Əcəmi” stansiyasında şübhəli şəxs kimi saxlanılan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan Ruslan Süleymanovun üzərinə baxış zamanı içərisində sənəd olan pul kisəsi aşkar edilərək götürülüb.
Araşdırma zamanı sənədin Əliəkbər Heydərova məxsus olması müəyyən edilib və R.Süleymanov izahatında qeyd edilən sənədi və pul kisəsini mayın 23-də metronun “Nizami” stansiyasında tanımadığı şəxsin cibindən oğurlamasını bildirib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












