Metronun qarşısında 58 yaşlı kişi qəfildən öldü - Bakıda

Bu gün səhər saat 10 radələrində paytaxtın Yasamal rayonunda, "Nizami" metro stansiyasının qarşısında 58 yaşlı kişi qəfildən dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, bu barədə hadisə şahidlərinin salamnews-a verdiyi məlumata görə, evdən çıxıb işə gedən Fəxrəddin İmanovu metro stansiyasının qarşısında qəfildən ürəyi tutub və o, keçinib. Qeyd edək ki, mərhum tikinti şirkətlərinin birində qaynaqçı işləyib. Hadisə yerinə Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsinin və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub. İlkin müayinələr zamanı məlum olub ki, 1959-cu il təvəllüdlü Fəxrəddin İmanov ürək xəstəsi olub. Onun üzərində ürəyə aid dərmanlar aşkar olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. Faktla bağlı Yasamal Rayon pProkurorluğunda araşdırmalara başlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












