Metronun yay rejiminə keçməsinə vətəndaşlardan münasibət - VİDEO

Bakı metrosunun yay qrafikinə keçməsi ilə əlaqədar qatarlar arasında tətbiq edilən interval artırılır. İyun ayının 20-dən etibarən yay qrafikinə uyğun olaraq, xəttə əvvəlkinə nisbətən az sayda qatar buraxılacaq. Bu da qatarlararası intervalların artmasına səbəb olacaq.
Hər iş günü ərzində Həzi Aslanov və əks istiqamətdə hərəkət edən qatarlar arasında interval 2 dəqiqə 50 saniyə, sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru isə qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.
Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan axşam 9-a qədər "Həzi Aslanov" - "28 May" sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək. Vətəndaşlar isə bildirirlər ki, qatarlar arasında intervalın artması metrodan istifadə edən sərnişinlərin sıxlığına səbəb olacaq.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatarların hərəkətində sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq.
Ətraflı videomaterialda.
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO








