Metropoliten işçiləri məcburi məzuniyyətə göndərilməsi məsələsinə aydınlıq gətirildi

Bakı Metropoliteni qurumda bəzi işçilərin öz hesabına məzuniyyətə göndərilməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, bu proses qurumun tikinti sektorunda iş həcminin azalması ilə bağlıdır: "Metroda tikintidə iş həcmi azaldığı üçün işçilər növbəli halda məzuniyyətə göndərilir. Qurum rəhbərliyi iş həcmi azaldığı üçün humanizmlik prinsipini əsas gətirərək işçiləri işdən azad etmir. Buna görə də işçilər növbəli məzuniyyətə göndərilir ki, həmin işçilər tam işsiz qalmasın, müəyyən müddətdən sonra maaş alsınlar. Məzuniyyətə göndərilənlər metronun əsasən, "Bənövşəyi xətt"in tikintisində işləyirdilər. Onlar "Avtovağzal", "Memar Əcəmi" və şərti adı "B-3" olan stansiyaların tikintisində çalışırdılar. İndi "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında iş yekunlaşıb və stansiyalar artıq istifadəyə verilib. Ona görə də həmin stansiyaların tikintisində işləyənlər növbəli məzuniyyətə göndərilir".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












