Metropoliten ötən ili 28 milyonluq zərərlə başa vurub

"Bakı Metropoliteni" QSC 2015-ci ilin maliyyə vəziyyəti haqqında hesabatı açıqlayıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, 2014-cü il ilə müqayisədə ötən il Bakı metrosunun cəmi aktivləri 10,75% artaraq 2 mlrd. 226 mln. 770,658 min manat olub. Hesabat dövrünə QSC-nin cəmi uzunmüddətli aktivləri 2 mlrd. 147 mln. 152,700 min manat, cəmi qısamüddətli aktivləri isə 79 mln. 617,958 min manat təşkil edib. 2015-ci ilin dekabrın 31-ə "Bakı Metropoliteni"nin uzunmüddətli debitor borcları 2 mln. 784,289 min manat, uzunmüddətli kreditor borcları 1 mln. 678, 683 manat olub. Son 1 ildə qurumun cəmi öhdəlikləri 55,58% azalaraq 94 mln. 918,899 min manata düşüb. Ümumiyyətlə, hesabat dövrünə "Bakı Metropoliteni"nin cəmi uzunmüddətli öhdəlikləri 17 mln. 421,018 min manat, cəmi qısamüddətli öhdəlikləri isə 77 mln. 497,881 min manat olub. Hesabat dövründə QSC-nin nizamnamə kapitalı 18,67% artaraq 2 mlrd. 373 mln. 140 min 514 manat təşkil edib.
"Bakı Metropoliteni" ötən ili 28 mln. 305,023 min manatlıq zərərlə başa vurub.
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?










