Metropoliten yenə işçi axtarır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tornaçı peşəsi üzrə işə qəbul elan edir.
Vakansiya üzrə tələblər aşağıdakılardır:
- Təhsili: ilk peşə - iхtisas üzrə təhsil və ya оrta iхtisas təhsilli tornaçı;
- İş stajı: 3 ildən yuxarı;
- Yaş: 25-45;
- Hərbi mükəlləfiyyətli;
İşçidən universal və xüsusi təyinatlı torna dəzgahlarında adi şəraitdə müxtəlif tərtibatların köməyi ilə vaqonların ehtiyat hissələrinin mexaniki emalı və ya texnoloji proseslərə uyğun olaraq qaynaq edilmiş, həmçinin örtüklənmiş hissələrin cizgilərin konstruktiv tələblərinə uyğun mexaniki emal hissələrin, məsul detalların 1-7-ci kvalitetlər (1-2-ci dəqiqlik dərəcəsi) üzrə torna emalı tələb edilir.
Namizədlər vəzifəsi üzrə müxtəlif konstruksiyalı torna dəzgahlarının konstruksiyasını və dəqiqliyə yoxlama qaydalarını, detalların qurulma, bərkidilmə və yoxlama üsullarını və emalın texnoloji ardıcıllığını, bütün növlərdən olan normal və xüsusi kəsici alətlərin quruluşunu, həndəsəsini, termiki emalı, itilənməsi və tamamlanması qaydalarını, verilmiş dəqiqliyə və emal təmizliyinə nail olma üsullarını, xüsusi tərtibatların tətbiqi şərtlərini bilməlidirlər.
İş vaxtı saat 09:00-dan 18:00-dəkdir.
Maraqlanan şəxslər "Bakı Metropoliteni" QSC-nin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını (http://metro.gov.az/az/career/workforus) doldurmalıdırlar.
Anket doldurarkən "işləmək istədiyiniz işin adı" xanasına "Tornaçı" peşəsinin qeyd edilməsi zəruridir. Müraciət üçün son tarix mayın 10-u müəyən edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












