Metropolitendə terror və qəzalara hazırlıqla bağlı TƏDBİRLƏR

Noyabrın 21-dən 25-dək “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təlim-tədris mərkəzində müəssisənin rəhbər heyəti və müvafiq xidmətlərin məsul əməkdaşları üçün “Bakı Metropolitenində təhlükəsizlik, qəzalara hazırlıq, dayanıqlıq və cavab tədbirləri” mövzusunda təlimlərə start verilib. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Avtosfer.az-a bildirib ki. təlimlərin təşkil olunmasında məqsəd terrorizm, təxribat və digər bu kimi hallarda təhlükəsizlik qaydalarının tətbiqi və onun fəsadlarının aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq təcrübələrdən yararlanmaqdır. Təlimlər bu sahədə nəzəri və praktiki beynəlxalq təcrübəyə sahib olan “İntelligent Solutions İnternational” LTD şirkətinin mütəxəssisləri tərəfindən aparılır.
“Bakı Metropolitenində təhlükəsizlik, qəzalara hazırlıq, dayanıqlıq və cavab tədbirləri” mövzuları üzrə qruplar şəklində təşkil olunan təlimlər çərçivəsində 250 nəfər metropoliten əməkdaşına metropolitendə baş verə biləcək terror-təxribat və digər qanun pozuntuları (vandalizm, cibgirlik və s.) zamanı qabaqlayıcı təhlükəsizlik tədbirləri və onların aradan qaldırılması barədə əlavə məlumatlar verilir. Bununla yanaşı, məşğələlərdə terrorizm və onun təzahürləri, bu tipli risklərin azaldılması istiqamətində nəqliyyatın təhlükəsiz istismarı və digər vacib məsələlər müzakirə edilir, eləcə də təhlükəsizliyin təşkili ilə bağlı beynəlxalq təcrübələr barədə mühazirələr oxunulur.
Keçirilən təlimlərdə iştirakçılara təhlükəsizliklə bağlı videoslaydlar nümayiş olunur, həmçinin təlim iştirakçılarına terror və təxribat xarakterli hadisələr zamanı boşluqların müəyyənləşdirilməsi, onların aradan qaldırılması istiqamətində əlavə təkliflər verilir.
Metropolitendə təhlükəsizlik üzrə təlimlər - qəza hallarında insanların təxliyəsi, kimyəvi-bioloji-radioaktiv zəhərlənmənin əlamətlərinin aşkarlanması haqqında əlavə biliklərin verilməsini təmin edəcək.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC əməkdaşlarının təhlükəsizliklə bağlı təcrübələrinin artırılması məqsədilə təşkil olunan təlimlər davamlı olacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












