Metropolitendə yeni kollektiv müqavilə imzalanıb – FOTO

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) əmək münasibətlərini tənzimləyən yeni kollektiv müqavilə imzalanıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. O qeyd edib ki, işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan kollektiv müqavilə istənilən müəssisənin, sahibkarın onun işçiləri ilə münasibətlərini tənzimləyən ən əhəmiyyətli və qanuni qüvvəsi olan həlledici sənəd hesab olunur:
"Bakı Metropolitenində bağlanmış kollektiv müqavilənin müddəti başa çatdığı üçün Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, yeni müqavilənin layihəsi hazırlanaraq kollektivin və rəhbərliyin müzakirəsinə çıxarılıb. Layihənin hazırlanmasında qanunların tələbləri, yerli və beynəlxalq təcrübə nəzərə alınıb".
N.Paşayev bildirib ki, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq layihə Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən və kollektivin bütün sahələrinin təmsil olunduğu ümumi yığıncağın – konfransın müzakirəsinə çıxarılaraq yekdilliklə qəbul edilib. Əmək Məcəlləsinin 30-cu maddəsinin 7-ci hissəsinə uyğun olaraq layihə təsdiq edildikdən sonra imzalanaraq qüvvəyə minib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












