Metrostansiya sayına görə ödəniş edəcəyik? - RƏSMİ CAVAB

Hazırda Bakı Metropolitenində differensial tarif mexanizminə keçidlə bağlı təhlil və qiymətləndirmə işləri aparılır. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətindən “Baku.ws”in sorğusuna cavab olaraq deyilib.
Bildirilib ki, bu mərhələdə tarif differensiasiyasının zamana, yoxsa məsafəyə görə tətbiq olunacağı ilə bağlı yekun qərar qəbul edilməyib.
Metropolitenin məlumatına görə, əhalinin alıcılıq qabiliyyəti, sərnişindaşımanın əlçatanlığı, eləcə də metroda daşımaların maya dəyəri nəzərə alınmaqla daha ədalətli və iqtisadi cəhətdən balanslı tarif modelinin formalaşdırılması istiqamətində analitik işlər aparılır və müvafiq təkliflər hazırlanır.
O da vurğulanıb ki, hazırda ictimai nəqliyyatda vahid tarif modeli tətbiq olunur. Təhlil mərhələsində hər hansı fiziki infrastruktur dəyişiklikləri nəzərdə tutulmur.
"Araşdırmaların nəticələrindən asılı olaraq gələcəkdə zəruri dəyişikliklərin həyata keçirilməsi mümkün ola bilər və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı
Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı faktları POLİTOLOQ İFŞA ETDİ - FOTO











