Metrostansiyaların qarşısında çadırların qurulma səbəbləri məlum oldu – FOTO

Paytaxtda müxtəlif yerlərdə çadırlar qurulub. Avtosfer.az fins.az-a istinadən xəbər verir ki, hələlik bu çadırlara paytaxtın 3 ərazisində - “28 May”, “Nəriman Nərimanov” və “Koroğlu” metrostansiyalarının qarşısında rast gəlinir.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov açıqlamasında çadırlarda Yeni il yaramarkalarının təşkil ediləcəyini bildirib.
“Hələlik 3 yarmarka qurulsa da, amma bu çadırlarda heç nə satılmır. Onların sayının 10-na çatdırılması planlaşdırılıb”.
Ə.Bağırovun sözlərinə görə, çadırların çoxalmasına ehtiyac olacağı təqdirdə, çadırların sayının artacağı istisna edilmir.
“Bu yarmarkalarda Yeni il aksessuarları, uşaqlar üçün müxtəlif hədiyyələr, bayramla bağlı satışlar həyata keçiriləcək. Yarmarkaların dekabrın 15-dək qurulub yekunlaşdırılması nəzərdə tutulub.
Çadırların metrostansiyaların yaxınlığında olması planlaşdırılır. Belə yarmarkaların qurulmasında məqsəd əhalini əziyyət çəkmədən daha ucuz bayram alış-verişi etməsini təmin etməkdir”, - deyə o deyib.
Onun sözlərinə görə, yanvarın əvəllərinə kimi davam edəcək yarmarkalarda qiymətlərə xüsusi nəzarət olunacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












