Metroya daxil olan sərnişinlərin hərarəti ölçüləcək - RƏSMİ

Bakı metrosunun fəaliyyəti bərpa olunduqdan sonra stansiyalara daxil olan sərnişinlərin hərarəti ölçüləcək.
Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, sərnişinlərin hərarəti seçmə üsulu ilə ölçüləcək: “Günün pik saatlarında bütün sərnişinlərin hərarətini ölçmək mümkün olmayacaq. Bakı metrosunun xüsusi təlimat keçmiş stansiya işçiləri bu işə cəlb olunacaqlar. Zahirən virus daşıyıcısı kimi şübhəli bilinən sərnişinlərin hərarəti yoxlanacaq. Hərarəti olan sərnişinlər metroya buraxılmayacaq.
Ümumiyyətlə, sərnişinlərimiz sanitar-gigiyenik normaların tələblərinə nə qədər çox düzgün riayət etsələr, “Bakı Metropoliteni”nin fəaliyyəti bir o qədər təhlükəsiz və rəvan qaydada davam etdiriləcək”.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










