Metroya daxil olmaq istəyən koronavirus xəstələri saxlanıldı - FOTO - VİDEO

Metrodan istifadə etmək istəyən və ictimai yerlərdə hərəkət edən aktiv koronavirus xəstələri aşkar edilib.
DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha gücləndirilib.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən metronun “Memar Əcəmi” və “Gənclik” stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – Qabil Ağayev və Ümüd Əliyev müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiliblər.
Digər iki aktiv koronavirus xəstəsi Nəsimi və Abşeron rayonlarında ictimai yerlərdə aşkar edilib. Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı Etibar Xəlilov Abşeron rayonu “Yeni Bakı” yaşayış kompleksində, Elmar Mürsəlzadə isə Nəsimi rayonunda polis əməkdaşları tərəfindən ictimai yerdə müəyyən ediliblər.
Bu şəxslərlə profilaktik söhbət aparılıb və xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdilir.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










