Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın? – VİDEO

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanlar təcili tibbi yardım maşınının orada olduğu halda meyitin yük maşınına qoyulmasına etiraz ediblər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, şəxsin həkiməqədər ölümü qeydə alınıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları olublar, meyit ərazidən uzaqlaşdırılması üçün təhvil verilib. Meyit daşınması təcili tibbi yardım avtomobillərinin fəaliyyət profilinə aid deyil.
Bəs görəsən, meyiti hansı avtomobil daşımalıdır? Bu, hüquqi cəhətdən necə tənzimlənir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, təcili yardım briqadası hadisə yerinə gəlibsə, meyiti onlar aparmalı idilər:
“Şübhəsiz ki, təcili tibbi yardım maşını hadisə yerinə gəlibsə, aparmalı idi. İlk növbədə ölüm hadisəsi qeydə alınıb. Ölüm ilə bağlı dəvət olunublarsa, aparmağa borclu idilər. Polis yoxdursa, polisə zəng etməlidir. Polis hadisəni müəyyən edir. Sonra təcili tibbi yardım maşınında ölən şəxs morqa aparılmalıydı. Meyit yarılmalıydı. İstənilən ölüm hadisəsi araşdırılmalıdır”.
Ə.Nuriyev əlavə edib ki, təcili tibbi yardım briqadası əlçatan olmayıbsa, meyit başqa maşınla daşına bilər:
“Həm hüquqi, həm də mənəvi vəzifələridir. Bu məsələdə başqa hal ola bilməz. İndiyə qədər də belə olub. Polis aparmamalıdır. Təcili yardım aparmalıdır. Təcili yardım maşını yoxdursa, qohum apara bilər.Təcili yardım yoxdursa, məhkəmə tibbi ekspertizasından mütəxəssislər göndərilir. Daha sonra səhiyyə xidmətinə aid olan maşınlar ilə morqa aparılır”.
“Hüquqi cəhətdən də belədir. Öhdəliyi var. Hər şey qanunda yazılmalı deyil ki, sən dəvət olunmusansa, aparmalısan”, - deyə Ə.Nuriyev fikrini tamamlayıb.
Həmin görüntüləri təqdim edirik:
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO








