Meymunçiçəyi pandemiyaya çevrilir? – HƏKİM DÜNYAYA YAYILAN TƏHLÜKƏDƏN DANIŞDI

Dünya mediasında meymunçiçəyinə yoluxma haqqında məlumatlar getdikcə daha çox yayılmaqdadır. Artıq bir neçə ölkədə belə faktlar qeydə alınıb, hətta Azərbaycanda da bir yoluxma halı təsdiqlənib.
Maraqlıdır, meymunçiçəyi koronavirus kimi pandemik xarakter daşıya bilərmi?
Meymunçiçəyi virusu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Avtosfer.az-a verdiyi açıqlamada bildirib ki, bu virus çiçək qrupu virusları ailəsinə aiddir:

“Meymunçiçəyi həm insanlarda, həm də heyvanlarda xəstəlik törədə bilir. Xəstəliyin əsas əlamətlərindən biri dəri üzərində səpkilərin yaranmasıdır. Bu səpkilər çiçək xəstəliyinə xas olan maye ilə dolu pustullardan ibarət olur. Digər xarakterik simptomlar arasında halsızlıq, qızdırma, immunitet zəifliyi, bel və əzələ ağrıları da yer alır. Meymunçiçəyi virusu əsasən birbaşa dəri təması ilə və ya səpkilərə toxunan əşyalarla keçə bilər. Həm də xəstə şəxsin öskürməsi və asqırması ilə yayılan bəlğəmlə də yoluxma mümkündür”.
Professor vurğulayıb ki, meymunçiçəyi virusunun pandemiya və ya geniş epidemiyanın yaranma ehtimalı çox azdır:
"Hazırda virusun geniş yayılması mümkün deyil, lakin gələcəkdə yoluxucu indeksi artarsa, bu vəziyyət dəyişə bilər. Amma indiki halda virusun yayılması lokallaşmış şəkildə qalacaq. Bu səbəbdən, infeksiyanın qarşısını almaq üçün təmasları azaltmaq və ehtiyatlı olmaq vacibdir", – deyə həkim əlavə edib.

Həmin xəstəliklə bağlı mütəxəssisin verdiyi bu açıqlamalar meymunçiçəyi virusunun yayılması və qarşısının alınması ilə bağlı narahatlıqları azaldır.
Eltac Zülfüqaroğlu
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










