Meyvə şirələrinin içindən çıxan naməlum maddə nədir? - VİDEO

Sosial şəbəkələrdə müəyyən markalara məxsus karton qutularda satılan meyvə şirələri ilə bağlı şikayətlər artıb. İddia olunur ki, şirələrin içindən ağ və qara rəngdə, torpağa bənzəyən qatqılar və ya naməlum cisimlər çıxır. Avtosfer.az xəbər verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. “Bunlar meyvə şirələrinə qatılan kimyəvi maddələrdir”, – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib: “Ola bilər ki, məhsulun son istifadə tarixi bitib və yararsız şirənin tarixini dəyişdiriblər”.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, sosial şəbəkələrdə müxtəlif xarakterli, hətta baxış sayı toplamaq və diqqət çəkmək məqsədilə videolar paylaşıla bilər. Bu səbəbdən belə məlumatların dəqiqliyi hər zaman təsdiqlənmiş hesab edilmir. Agentlikdən qeyd edilib ki, qida sahəsində hər hansı uyğunsuzluqla rastlaşan vətəndaşlar qida məhsulunun qəbzini, faktın qeydə alındığı satış obyektini və tarixi təqdim etməklə AQTA-nın “1003” Çağrı Mərkəzinə müraciət edə bilərlər: “Məlumat daxil olduqdan sonra araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək”.
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı










