Meyxanaçı Rəşad Dağlı maşını aşırdı – FOTO

Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın məlumatına görə, səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb. “Toyota Prado” markalı “10 KC 011” dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.
Hacıqabul rayonununda baş verən qəzada məşhur meyxanaçı Pərviz Bülbülə də xəsarət alıb. Bu barədə “Report”a meyxanaçı özü məlumat verib. O, hadisə nəticəsində ayağının sındığını bildirib: “Avtomobil mənimdir, hadisə vaxtı sükan arxasında qaynım oturmuşdu. Birdən idarəetməni itirdi və avtomobil beton dirəyə çırpılıb aşdı. Maşında üç nəfər idik. Rəşad Dağlının sağ qolu sınıb, mənim isə ayağım sınıb. Qaynım yüngül xəsarət alıb”.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF














