MİDA-nın tikdiyi kompleksdə 2 ildir ki, bağçalar fəaliyyət göstərimir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO

Yasamal Yaşayış Kompleksində inşa edilən 4 uşaq bağçasından yalnız biri fəaliyyət göstərir.
Avtosfer.az xəbər verir ki, MİDA tərəfindən tikilən kompleksdə artıq 2 ildən çoxdur ki, digər bağçalar bağlı qalıb və istifadəsiz vəziyyətdədir. Uşaqlar üçün nəzərdə tutulan təhsil ocaqlarının boş qalması valideynləri narahat edir.
Qalan 3 bağça isə baxımsızlıq səbəbindən xarabalığa çevrilib. Halbuki bağçalar uşaqların ilk təhsil pilləsi, onların sosial mühitə uyğunlaşması və gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, hazırda bu imkanlardan yüzlərlə uşaq məhrum olur, valideynlər isə övladlarını dövlət bağçalarına yerləşdirməkdə ciddi çətinliklərlə üzləşirlər.
Belə obyektlərin bağlı qalması həm dövlət büdcəsinə, həm də cəmiyyətin sosial həyatına ziyan vurur. Tikintisinə böyük vəsait sərf olunan bağçaların istifadəsiz qalması, onların getdikcə yararsız hala düşməsi qəbuledilməzdir.
Ümid olunur ki, Elm və Təhsil Nazirliyi, eləcə də aidiyyəti dövlət qurumları məsələyə təcili şəkildə müdaxilə edəcək, bağçalar uşaqların ixtiyarına veriləcək və bu obyektlər öz təyinatı üzrə fəaliyyət göstərəcək.
Eltac Zülfüqaroğlu
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










