“Mi-25” ABŞ silahından vurulubmuş

Suriyada rusiyalı pilotlar tərəfindən idarə olunan “Mi-25” döyüş helikopteri ABŞ istehsalı olan TOW tank əleyhinə raket kompleksindən vurulub.
APA-nın xəbərinə görə, bu barədə “İnterfaks”a Rusiyanın hərbi dairələrindəki mənbə bildirib.
“Əldə olunan məlumata görə, terrorçular ABŞ istehsalı olan TOW kompleksindən istifadə ediblər. Helikopter döyüş sursatını istifadə edərək geri qayıdan zaman vurulub”, - deyə mənbə bildirib.
Qeyd edək ki, Suriyada “Mİ-25” döyüş helikopteri İŞİD terrorçuları tərəfindən vurulub, nəticədə iki rusiyalı pilot həlak olub.
“2016-cı ilin iyulun 8-də təlimçi rusiyalı pilotlar Rəfaqət Xabibullin və Yevgeni Dolqin Suriya Hərbi-Hava Qüvvələrinə məxsus “Mi-25” helikopteri ilə (“Mi-24”-ün ixrac variantı) Homs əyalətində uçuş həyata keçiriblər. Bu zaman Palmiranın şərqində İŞİD-in böyük dəstəsi Suriya ordusunun mövqelərinə hücum edərək sürətlə irəliləməyə başlayıb və strateji yüksəklikləri nəzarətə götürməyə çalışıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, terrorçulara qarşı döyüş sursatını istifadə edən helikopter bazaya dönərkən terrorçular tərəfindən vurulub. Helikopter Suriya ordusunun nəzarətində olan ərazidə yerə çırpılıb, ekipaj həlak olub.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










