Mikayıl Müşfiq və İsmayıl bəy Qutqaşınlı küçələrinin kəsişməsində problem necə həll olunur? - VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışında Bakı şəhərinin Yasamal rayonu, Mikayıl Müşfiq və İsmayıl bəy Qutqaşınlı küçələrinin kəsişməsində yaranan problemlə bağlı aidiyyəti qurumun tətbiq etdiyi qaydalar diqqətə çatdırılıb. Avtosfer.az xəbər verir ki, rubrikanın əvvəlki buraxılışında təklif olunmuşdu ki, kəsişmədən sonra Nərimanov heykəli istiqamətində velosiped zolağı mövcud olmadığından onun kəsişməyə 30-40 metr qalmış ləğv edilməsi və həmin hissənin yalnız sağa dönən nəqliyyat vasitələri üçün ayrılması daha məqsədəuyğundur. Eyni zamanda sağa dönmə zolağının həm düzünə, həm də sağa hərəkətə icazə verəcək formada təşkili təklif edilmişdi. Aidiyyəti qurum isə problemə cavab olaraq əsas arqument kimi darboğaz effektini göstərib. Lakin oxşar hallar şəhərin digər ərazilərində də müşahidə olunur. Belə ki, yeni xətlənmiş İnşaatçılar prospekti ilə Bakıxanov və İzmir küçələrinin kəsişməsində yol hərəkətinin yenidən təşkili nəticəsində İzmir parkının qarşısında darboğaz yaranıb. Çünki zolaq sayları uyğun gəlmir. Darboğaz effektinin yarandığı digər nöqtə Babək prospektindən Heydər Əliyev prospekti istiqamətində qeydə alınır. Həmin hissədə yol əvvəl üç zolaqdan ikiyə, daha sonra isə bir zolağa qədər daralır. Oxşar vəziyyətin Ziya Bünyadov prospektində də müşahidə olunduğu bildirilib.
Qeyd olunub ki, bu cür daralmalar xüsusilə şəhər mərkəzinə yaxın ərazilərdə təhlükə yaradır, kənar istiqamətlərdə isə hərəkət intensivliyi az olduğundan risk bəzən kritik səviyyədə qiymətləndirilməyə bilər.
Məsələ ilə bağlı Baku TV-nin videomaterialını təqdim edirik:
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI
Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA
Hava ilə bağlı XƏBƏRDARLIQ: İntensiv yağışlar yağacaq
Azərbaycanın adı dəyişdirilməlidir? - Deputatın təklifinə həmkarından reaksiya
Paytaxtın 11 küçəsində tıxac var - SİYAHI - FOTOLAR
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB










