Mikayıl Müşfiqin abidəsi götürüldü - "Azəravtoyol" isə "dağıdılmayıb" deyir - FOTO

Bakının "Sovetski" adlandırılan ərazisində Mikayıl Müşfiqin heykəlinin dağıdılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. O qeyd edib ki, ərazidə abadlıq işləri aparılır: ""Sovetski" kimi tanınan ərazidə abadlıq və yenidənqurma işləri aparılır. Görkəmli şair Mikayıl Müşfiqin abidəsi də həmin əraziyə düşür. Ona görə də, aidiyyəti qurumlarla - Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar qurumlarla razılaşdırılaraq həmin abidə ziyan dəyməmək məqsədilə götürülərək anbarda saxlanılır. Həmin ərazidə kiçik park var idi. Yenidənqurmadan sonra həmin park daha böyük ərazini əhatə edəcək və abidə yenidən ora qaytarılacaq".
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY


















